Şərtlər və qaydalar

    1. 7gün/24 saat ərzində istədiyiniz vaxtda saytımızdan onlayn sifariş verə bilərsiniz.

    2. Məhsul sifariş verərəkən mütləq ünvan dəqiq olaraq qeyd olunmalıdır.

    3. Alıcılar mütləq əlaqə üçün ən azı bir telefon nömrəsi qeyd etməlidirlər, əks halda sifarişiniz təsdiqlənməyəcək.

    4. Sifariş verdikdən sonra ödəmə növü mütləq seçilməlidir.

    5. Qapıda ödəmə növü ilə ödəmə edərkən məbləğ yalnız Azərbaycan manatı ilə ödənilməlidir.

    6. Qapıda ödəmə növü ilə ödəmə edərkən kuryerə onun təqdim etdiyi hesab-faktura ilə ödəmə etməlisiniz.

    7. Əgər məhsullar anbarda yoxdursa və bitmişdirsə, bu haqda sizə e-mail göndəriləcək və bundan əlavə bu haqda sizə telefonla bizim müştəri xidmətlərinin əməkdaşları tərəfindən məlumat veriləcək.

    8. Əgər məhsulu başqa ünvan üçün sifariş edirsinizsə və ya hədiyyə göndərirsinizsə, o halda ödəməni həyata keçirmək üçün hesab-faktura ünvanını da ayrıca seçməlisiniz və bundan sonra kuryer ilk növbədə hesab-fakturanı təqdim etmək və ödəməni qəbul etmək üçün hesab-faktura üçün olan ünvana yollanacaq, ödəməni qəbul edəcək və daha sonra sifariş çatdırılacaq ünvana göndəriləcək.

    9. Xahiş edirik sizə sifariş çatdırılarkən ödəmə etmədən öncə məhsulu yerində hesab-faktura ilə yoxlayın, əgər nə isə narazılığınız varsa, onu həmin anda kuryerə bildirin və ya suallarınızı aydınlaşdırmaq üçün bizim müştəri xidmətləri ilə əlaqə saxlayın.

    10. Əgər məhsulla bağlı nə isə narazılığınız yoxdursa, məhsulu hesab-faktura ilə qəbul edin və ödəmənizi edin.

    11. Bizim mağazamızdan alınan mallar qəbul edildikdən sonra geri qaytarılmır, məhsullarımızın orijinallığına tam zəmanət veririk, yalnız əgər məhsulda zavod istehsalı problemi varsa, bu halda biz məhsulu geri götürürük, digər hallarda isə məhsulları geri qəbul etmirik.

    12. Qeyri nalayiq, təhqiramiz, mentalitetimizə və mənəviyyatımıza uyğun olmayan sözlər işlədən və belə hərəkətlərə yol verən, həmçinin dövlətçilik və hakimiyyət əleyhinə, siyasi mübahisəli və s. məsələlərlə əlaqədar şərhlər yazan istifadəçilərin şərhləri nəzərə alınmayacaq və saytda nümayiş etdirilməyəcək. Bu cür hərəkətlərin sahibi olan və müştəri hesabları olan istifadəçilərin müştəri hesabları xəbərdarlıq edilmədən bağlanılacaq və onların sayta bu hesabla daxil olması mümkün olmayacaqdır.

    Merkezbazar.com onlayn internet mağazası istənilən vaxt və heç bir xəbərdarlıq etmədən şərtləri dəyişdirmək və ya ona xitam vermək hüququna malikdir